İzosistem alüminium pəncərə və qapı

Kateqoriyalar: pencere Səs İzolyasiyası: 100%Enerjinin qorunması: 100%Baxış sayı: 5210

TƏSVİR

İzosistem Alüminium pəncərə sistemləri İstilik izolyasiyasını təmin etmək məqsədilə daxili və xarici alüminium profilləri izolyasiya profili ilə birləşdirərək əmələ gəlir. İzosistem pəncərələr binanın xaricində istilik izolyasiyasından maksimum istifadə etmək məqsədi ilə quraşdırılır. Yüngül olması üstünlük sayılsa da, uzun ömürlü ən davamlı material olması onu vazkeçilməz edir.

Alüminium izosistem pəncərə və qapı profilləri 3 qatdan ibarətdir.

Xarici səth alüminium, orta hissə PVC və daxili səth alüminiumdur.

İstədiyiniz ölçü və layihəyə uyğun olaraq istehsal oluna bilər.

İstədiyiniz rəngdə elektrostatik toz boya ilə boyanır və ya seçilmiş eloksal anodlaşdırılmış rənglə istehsal olunur.

İzosistem pəncərə profilləri 45 dərəcəlik bir bucaq ilə dəzgahda kəsilir və istilik itkisinin qarşısını almaq üçün alüminium künc bağlantıları epoksit yapışdırıci ilə köşələrə yerləşdirilir və 10-15 dəqiqə sonra künclər hidrovlik pres dəzgahı ilə pərçim olunur. Daha sonra İzosistem pencere üzərində akssesuarlar quraşdırılır.

Emalatı tamamlanan izosistem qapı və ya pəncərə keyfiyyətə nəzarət edən şəxs tərəfindən yoxlandıqdan sonra paket olunaraq hazır məhsul anbarına təhvil verilir.

Alüminium qapı və pəncərə sistemləri

Alüminium pəncərə və qapı sistemləri bütün iqlim şəraitinə davamlı olması, uzun ömürlü olması, rahat və qəşəng həllərin asanlıqla mümkün olması kimi səbəblərdən doğrama sistemlərində də tez-tez istifadə olunur. Qapı, sürüşmə doğrama qapı və pəncərə sistemləri istilik izolyasiyalı və izolyasiyasız variantları ilə daxili və xarici istifadə üçün ayrıca dizayn edilmişdir. Ofislərini qəşəng və rahat etmək üçün alüminium ofis daxili arakəsmələri və binalarında müxtəlif həllər axtaranlar üçün davamlı həllər təklif edir. Bağ üçün xüsusi dizaynlar təklif edir.

Yuxarı