İzosistem alüminium

Kateqoriyalar: az/pencere Səs İzolyasiyası: 100%Enerjinin qorunması: 100%Baxış sayı: 2925

Description

İzosistem Alüminium pəncərə sistemləri İstilik izolyasiyasını təmin etmək məqsədilə daxili və xarici alüminium profilləri izolyasiya profili ilə birləşdirərək əmələ gəlir. İzosistem pəncərələr binanın xaricində istilik izolyasiyasından maksimum istifadə etmək məqsədi ilə quraşdırılır. Yüngül olması üstünlük sayılsa da, uzun ömürlü ən davamlı material olması onu vazkeçilməz edir.

Alüminium izosistem pəncərə və qapı profilləri 3 qatdan ibarətdir.

Xarici səth alüminium, orta hissə PVC və daxili səth alüminiumdur.

İstədiyiniz ölçü və layihəyə uyğun olaraq istehsal oluna bilər.

İstədiyiniz rəngdə elektrostatik toz boya ilə boyanır və ya seçilmiş eloksal anodlaşdırılmış rənglə istehsal olunur.

İzosistem pəncərə profilləri 45 dərəcəlik bir bucaq ilə dəzgahda kəsilir və istilik itkisinin qarşısını almaq üçün alüminium künc bağlantıları epoksit yapışdırıci ilə köşələrə yerləşdirilir və 10-15 dəqiqə sonra künclər hidrovlik pres dəzgahı ilə pərçim olunur. Daha sonra İzosistem pencere üzərində akssesuarlar quraşdırılır.

Emalatı tamamlanan izosistem qapı və ya pəncərə keyfiyyətə nəzarət edən şəxs tərəfindən yoxlandıqdan sonra paket olunaraq hazır məhsul anbarına təhvil verilir.

Yuxarı