TEMPERLƏNMİŞ ŞÜŞƏ

TEMPER SUSE

Temperləmə - şüşənin digər xüsusiyyətlərini dəyişdirmədən zərbəyə, təzyiqə və istidən gərilmələrə qarşı davamlılığının artırılmsı prosesidir.

Temperlənmiş şüşə normal şüşəyə görə 5 qat daha çox zərbəyə davamlıdır. Temperləmə prosesi şüşənin xüsusi peçlərdə ərimə nöqtəsinə yaxın istiliyə (625-645°C) qədər isidilib, anidən təzyiq altında soyudularaq (60°C) sərtləşməsini təmin edən bir sistemdir. Temperli şüşə, qırıldıqda kiçik parçalara bölünərək tamamən zərərsiz hala gəlir. Yaralanma riskini azaltdığı üçün təhlükəsiz şüşə kateqoriyasına aid edilir.
Temper şüşəni həmçinin laminə də etmək mümkündür.

Temperlənmiş şüşələri emal etmək, yonmaq, kəsmək və eşmək olmaz (qumlama xaric).

Aşağıdakı videoda temperli şüşənin qırılmasını əyani olaraq görə bilərsiniz.

 

Fikirlərinizi bizə bildirin

Mesaj