Lamine şüşə rəngli və ya rəngsiz xüsusi bağlayıcı Polyvinyl butiral (PVB) təbəqələr köməyilə iki və ya daha çox şüşənin istilik və təzyiq altında birləşdirilməsidir. Qırılma halında parçaları yerində tutaraq zədə risklərini azaldır. Bu xüsusiyyəti səbəbiylə laminə şüşə təhlükəsizlik şüşəsi olaraq qəbul edilir. Laminə şüşə, ultra bənövşəyi şüaların aşağı keçiriciliyi ilə əşyaların təbii rənglərinin daha uzun müddət qorunması və səs-küy keçirməzliyi tərəfdən də faydalıdır.
Standart laminə istehsalı 0,38 mm qalınlıqlı rəngsiz PVB ilə aparılır. Ayrıca 0.76, 1.14, və ya 1.52 mm qalınlığında da ola bilər.
Laminə şüşələr əsasən arakəsmələrdə, cəbhə sistemlərində, böyük qanadlı sürmələrdə, sky light (qış baxçası) sistemlərində, perilalarda istifadə olunur.