VolksWagen sürmə

 

VOLKSWAGEN SLIDE

VolksWagen sürmə sisteminin adı ilk olaraq VolksWagen mikroavtobusda yarandığı üçün onun adından götürülüb. Bu sürmə sistemi həmin VolkWagen mikroavtobuslarında olduğu kimi qolu çevirdikdə qanad önə doğru çıxır və sağa- sola hərəkət etməyə başlayır. qanad açıldıqda digər sabit hissəyə paralel olaraq hərək edir. Qanadı bağladığımızda isə yenidən əvvəlki yerinə qayıdaraq sabit hissə ilə eyni ox üzərində olur. 
Bu sistemin özəlliyi həm germetik olması həm də estetik görünüşünün daha gözəl olmasıdır.
Volksvagen sürmə sistemin 3 növü vardır.

1) Yarı avtomatik: - Bu sistemdə qapı qolunu çevirdikdə qanadın yaınız üst tərəfi önə doğru çıxır, alt hissəsini isə dəstəyi çəkərək özümüz açmalı oluruq. Bağlamaq istədiyimizdə qanadı sürüştürərək öz yuvasına doğru gətirib əl ilə yerinə itələyib kilidləmək üçün dəstəyi çeviririk. Otağı havalandırmaq üçün dəstəyi əks istiqamətə çeviririk və qanadın yalnız üst hissəsi içəri doğru açılır.

2) Tam avtomatik: - Bu sistemdə isə sadəcə dəstəyi çevirməklə qanad tam olaraq önə çıxır. Qanadı sağa-sola sürüşdürərək açırıq. Bağladığımızda da eyni şəkildə qanadı sağa və ya sola sitiqamətdə öz yuvasına tərəf sürüşdürürük və bu zaman qanadın alt hissəsi avtomatik olaraq öz yuvasına oturur. Dəstəyi çevirməklə qanad öz yerinə tam olaraq oturtmuş oluruq. Otağı havalandırmaq üçün dəstəyi əks istiqamətə çeviririk və qanadın yalnız üst hissəsi içəri doğru açılır.

3) SP Comfort: - Bu sistemdə isə qanadı açmaq üçün dəstəy çeviririk və qanad avtomatik olaraq önə çıxır, daha sonra qanadı əl ilə sağa və ya sola sürüşüdürürük. bağlamaq gərəkdiyinidə yenə də qanadı vertikal olaraq sağa və ya sola itələyirik qanad özü avtomatik olaraq öz yerinə keçir. Kilidləmək üçün yenidən güc sərf etmədən dəstəyi çeviririk. Havalandırmaq üçün isə dəstəyi əks tərəfə çeviririk və qanad tam olaraq cüzi miqdarda önə gəlir. Bu isə digərlərindən fərqli olaraq tozun içəri girməsini əngəlləyir.

 

Oxşar məhsullar