Şirkətimiz  1997-ci ildən fəaliyyət göstərir. Şirkət fəaliyyətdə olduğu müddətdə keyfiyyətlli və operativ iş qabiliyyətinə görə Azərbaycanın tikinti sektorunda öz layiqli yerini tutmuşdur. Müştəri məmnuniyyətini özünə ən başlıca məqsəd tutan şirkətimiz təmir müddətində nəzarətə tam məsuliyyət daşımaqla yanaşı, təhvil vermiş inşaat xidmətinə uzun illər keçsə belə hər hansı xoşagəlməz hal baş verdikdə onun bərpasına tam zəmanət verir. İstehsal proqramını mütəmadi olaraq yeni məhsullarla inkişaf etdirir, keyfiyyətin yüksəlməsi prinsipi ilə çalışır, daha da sağlam addımlarla irəliləyir.

Şirkət hündürmərtəbəli binaların, evlərin, villaların, idarə və müəssisələrin, iri miqyaslı obyektlərin fasad işləri və daxili işlərinin görülməsində ölkəmizdə ən öndə gedən şirkətlərdən biridir. Qabacıl şirkət olaraq bir çox dövlət əhəmiyyətli idarələrin, binaların tikilişində öz töhfəsini vermişdir. Bunlardan başqa ölkəmizdə aparıcı bir çox yerli və xarici şirkətlərin etimadını qazanaraq onlarla əməkdaşlıq edir. Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirməklə müştərilərini məmnun edir.Yüksək ixtisaslı kadrlarımız və çoxsaylı bacarıqlı kollektivimiz imkan verir ki, şirkətimiz bu sektorda hər bir çətinlikdə olan işlərin öhdəsindən asanlıqla gəlsin, qəbul etdiyimiz sifarişləri yüksək keyfiyyət və zəmanətlə təhvil versin.

Biz sizinlə əməkdaşlıq etməyə çox  şad olarıq !