Klassik cəbhə

Kateqoriyalar: cephe Səs İzolyasiyası: 0%Enerjinin qorunması: 0%Baxış sayı: 1896

TƏSVİR

Klassik (qapaqlı) cəbhə sistemi olaraq da tanınan qapaqlı cəbhə sisteminin xarakteristik xüsusiyyəti cəbhə xaricindən alüminium profillərin görünməsidir. Qapaqlı cəbhə sisteminin 50 mm genişliyində görünən bu qapaqları  bir çox fərqli həndəsi görünüşə  sahibdirlər. 

Qapaqlı cəbhə sistemində mexaniki olaraq bağlanan profillərin şüşə əlaqəsindəki istilik, səs, su  izolyasiyası EPDM  fitillər ilə təmin edilir. Qapaqlı cəbhə sistemində ayrıca üfüqi və  şaquli fugaların kəsişdiyi yerlərdə təzyiq profilindən əvvəl istifadə edilən xüsusi alüminium  folyolu izolyasiya bantları vasitəsi ilə qəti zəmanətli sızdırmazlıq təmin edilir.
Qapaqlı cəbhə sistemində qanad açma ehtiyacı : qanad adapter profili adı verdiyimiz profillərlə qarşılanır. Qapaqlı cəbhəsistemində  silikonla  yapışdırılan şüşələr ilə istənilən yerdə qanad açmaq mümkündür. Qapaqlı cəbhə sistemində  ümumiyyətlə nəfəslik olaraq seçilən qanadlar müştəri istəklərinə görə lazımlı detal  dəyişiklikləri edilərək quraşdırıla bilər. Qapaqlı cəbhə sistemində  istənilən zaman  arxitektura və ya ekoloji səbəblərdən  qapaqlı cəbhə sistemini yarı  qapaqlı cəbhə  sisteminə  çevirmək olar. 


Bundan başqa qapaqlar özləri də bir neçə formada olurki bu da eksteryerə ayrıca bir estetik qata bilər. İç və çöl tərəflərdən ayrı rənglərə boyana bilərək iç profilləri interier çöl profilləri isə eksteryer dizayna görə istənilən rəngə boyamaq olar.
Gördüyümüz cəbhı işlərini QALAREYA - dan izləyə bilərsiniz.

Yuxarı