Panel kombinəli

 

PANEL BOLME

Bu sistem də həmçinin "mebel kombinəli ofis arakəsməsi" kimi 3 ünsürün kombinəsindən əmələ gəlmişdir. Alüminium, şüşə və panel kombinəsindən əmələ gələn müasir ofis bölmə sistemlərindəndir. Bu tip ofis arakəsmələri alüminium rəngi, şüşə rəngi, panel rəngi və teksturasına və ümumi bölgüsünə görə istənilən dizayna uyğunlaşa bilər. Həm alüminium çərçivəli, həm də tam şüşə qapıdan olan qapılar istifadə etmək mümkündür.. Bundan başqa bu tip ofis arakəsmələrində profil içərisindən, və 2 panel arasındakı boşluqdan istifadə edərək, elektrik naqilləri və s. bu kimi kabellər keçirmək, elektrik açarları, havalandırma idarəedicilərinin bloklarını yerləşdirmək mümkündür.
1 otaqın tam 4 diarını bu sistemdən hazırlamaq olar.
Bu sistemdə 2 qat şüşə arasında "şüşə arası jalüz" istifadə etmək də olar ki bu da istədiyimiz zaman ofis otağının jalüzlərini açıb bağlamaq olar. İstəyə görə jalüzi uzaqdan idarəli motor vasitəsi ilə də sifariş etmək mümkündür. Şüşə arası jalüzün estetik görünüşlə yanaşı digər özəlliyi  jalüzün zədələnmədən və tozlanmadan qorunmasıdır.